Almaniyada Putin Ukraynadakı müharibəyə görə kəskin tənqid edilib. O, Rusiyanın Ukraynanı fəth etmək və Avropada qorxu səpmək istədiyini vurğulayıb.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynada keçirdiyi mətbuat konfransında deyib.
Almaniyanın xarici işlər naziri bəyan edib ki, Almaniya lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək.
Onun sözlərinə görə, Rusiya diktatoru Vladimir Putinin danışıqlara hazır olması ilə bağlı hazırkı bəyanatları “işarə” və istehza xarakteri daşıyır.
"Putin bütün Ukraynanı fəth etmək və bütün Avropaya qorxu səpmək istəyir. Son həftələr Putin hətta Ukraynaya qarşı hücumlarını da artırıb. Biz cəbhədə, Dnepr şəhərində, Kiyevdə, Odessada həlak olanların yasını tuturuq. Rusiyanın vəhşiliyi bunun əslində nə olduğunu göstərir", - Vadeful vurğuladı.
O, qeyd edıb ki, Rusiyanın son qəddar hücumları, o cümlədən Dnepr, Kiyev və Odessanı atəşə tutması Moskvanın əsl niyyətini göstərir.
QAZİLER.AZ