ABŞ-nin Ohayoda yüngül təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
Yüngülmühərrikli "Cessna" təyyarəsi Amerikanın Ohayo ştatının Xaulend yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb.
Qaziler.az bildirir ki, bu barədə iyunun 30-da yerli hakimiyyət orqanlarına istinadən Fox 8 telekanalı məlumat yayıb.
Təyyarə bazar günü səhər qəzaya uğrayıb. Təyyarədə olan altı nəfərin hamısı, o cümlədən iki ekipaj üzvü və dörd sərnişin həlak olub.
"Rəsmilər həmçinin təyyarənin havaya qalxdıqdan cəmi 7 dəqiqə sonra sıx meşəlik ərazidə qəzaya uğradığını təsdiqləyiblər", - nəşr yazır.
Qəzanın səbəbi hələlik məlum deyil. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və ABŞ Federal Aviasiya Administrasiyası (FAA) araşdırma aparır.
QAZİLER.AZ