ABŞ-da yüngül təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

ABŞ-da yüngül təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb backend

ABŞ-nin Ohayoda yüngül təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Yüngülmühərrikli "Cessna" təyyarəsi Amerikanın Ohayo ştatının Xaulend yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb.

Qaziler.az bildirir ki, bu barədə iyunun 30-da yerli hakimiyyət orqanlarına istinadən Fox 8 telekanalı məlumat yayıb.

Təyyarə bazar günü səhər qəzaya uğrayıb. Təyyarədə olan altı nəfərin hamısı, o cümlədən iki ekipaj üzvü və dörd sərnişin həlak olub.

"Rəsmilər həmçinin təyyarənin havaya qalxdıqdan cəmi 7 dəqiqə sonra sıx meşəlik ərazidə qəzaya uğradığını təsdiqləyiblər", - nəşr yazır.

Qəzanın səbəbi hələlik məlum deyil. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və ABŞ Federal Aviasiya Administrasiyası (FAA) araşdırma aparır.

QAZİLER.AZ

Diaspora