Meksika hökuməti “SpaceX” raket buraxılışlarının sərhədyanı Tamaulipas əyalətinin ətraf mühitə və təhlükəsizliyinə təsirini araşdırır.
Qaziler.az-ın məlumatına görə, bu barədə prezident Klaudiya Şeynbaum hökumətin “X” sosial şəbəkəsində yayımladığı mətbuat konfransında bildirib.
"Bəli, hazırda çirklənmə var. Biz buraxılışlarla, onların regiona təsiri ilə bağlı hər şeyi öyrənirik və beynəlxalq hüquq çərçivəsində lazımi addımları atacağıq", - Meksika rəhbəri bildirib.
Seynbaum əlavə edib ki, hökumət “SpaceX” raket buraxılışlarının təhlükəsizlik və ətraf mühitə təsirlərini qiymətləndirmək üçün kabinet iclası keçirməyi planlaşdırır.
QAZİLER.AZ