NATO-nun səyləri nəticəsində Baltik dənizi regionu alyansın Rusiya ilə qarşıdurma zonasına çevrilib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ATƏT-in təhlükəsizlik məsələlərinin icmalı üzrə illik konfransında çıxışı zamanı deyib.
"Bütün əməliyyat sferalarında və bütün teatrlarda üstünlüyü təmin etmək üçün kütləvi şəkildə silahlar alınır. NATO-nun səyləri nəticəsində Baltik dənizi regionu qarşıdurma zonasına çevrilib", - diplomat bildirib.
Qruşko əlavə edib ki, Baltik regionu onilliklər ərzində hərbi baxımdan ən sakit region olaraq qalır. Bununla belə, “Baltikyanı NATO-nun daxili dənizinə çevirmək istəyən xəyalpərəstlər” peyda olub.
QAZİLER.AZ