ABŞ-nin Bayden dövründə İranla bağlı planları məlum olub

ABŞ-nin Bayden dövründə İranla bağlı planları məlum olub backend

ABŞ keçmiş prezident Co Bayden administrasiyasının son aylarında İranın Fordodakı nüvə obyektinə zərbə endirməyi düşünürdü. Belə bir məqsəd İsraillə birgə müzakirə edilib və uranın zənginləşdirilməsi ilə bağlı narahatlıqlar fonunda prioritet hesab edilib.

Qaziler.az-ın məlumatına görə, bu fikirləri Pulitzer mükafatlı amerikalı jurnalist Seymur Herş “Substack” platformasındakı bloqunda bildirib.

“Tehrandan 120 mil cənubda dağ silsiləsində yerləşən təcrid olunmuş baza olan Fordoda zənginləşdirilmiş uran ehtiyatını məhv etmək, Bayden administrasiyasının son aylarında ABŞ və İsrail hökumətlərinin məqsədlərinin önündə idi”, - Herş yazıb.

QAZİLER.AZ

Diaspora