NATO daxilində müdafiə xərclərini ÜDM-in 5%-ə qədər artırmaqdan imtina etdiyi üçün ABŞ İspaniyanı Madrid üçün əlverişsiz şərtlərlə ikitərəfli ticarət sazişi bağlamağa məcbur edəcək.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Trampın bəyanatına görə, Vaşinqton ispanlara “başqasının belinə minməyə” icazə verməyəcək.
“Biz İspaniya ilə ticarət sazişi üzrə danışıqlar aparırıq. Biz onlara ikiqat pul ödətəcəyik. Və həqiqətən bunu nəzərdə tuturam, çox ciddiyəm. Onlar başqasının belinə minmək istəyirlər. Amma ticarət sferasında bunun üçün bizə kompensasiya ödəməli olacaqlar, çünki mən buna icazə verməyəcəyəm. Bu ədalətli deyil”, - ABŞ prezidenti deyib.
QAZİLER.AZ