NATO-nun baş katibi Mark Rutte Haaqada keçirilən sammit zamanı ABŞ Prezidenti Donald Trampı "ata" adlandırıb.
Oxu.Az bu barədə "Komsomolskaya pravda"ya istinadla xəbər verir.
Bildirilib ki, bu ifadə Ruttenin Trampın Yaxın Şərqdəki vəziyyətlə bağlı qalmaqallı açıqlamasına münasibət bildirərkən səsləndirilib.
Qeyd edək ki, Tramp bir gün öncə İsrail və İran mövzusunda sərt və nalayiq ifadələr işlədərək, açıq şəkildə söyüşlərə keçmişdi.
Mark Rutte isə Trampı qeyri-adi formada müdafiə edib:
"Bəzən atanın bunu dayandırmaq üçün kobud sözlərə əl atması lazım gəlir", - deyə NATO-nun baş katibi bildirib.
Onun bu açıqlaması sosial mediada və siyasi dairələrdə geniş rezonans doğurub.