Rusiya tərəfi sərhədi pozmadığını bəyan edib. Türkiyə-Suriya sərhədində Rusiya qırıcı təyyarəsinin vurulmasından sonra bu ölkənin prezidenti Vladimir Putin xüsusi bəyənatla çıxış edəcək.
Lent.az-ın məlumatına görə, bu barədə Rusiya mediasına Kremldəki mənbələrdən məlumat daxil olub. Bəyanatın mətni barədə hələ ki heç bir məlumat verilmir və məxfi saxlanılır.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün Türkiyə tərəfindən sərhədi pozduğuna görə vurulan təyyarənin qalıqlarının Suriya sərhədində olduğunu bildirib: “Hərbi təyyarə bütün uçuşu müddətində tamamilə Suriya sərhədi daxilində qalıb. Bu uçuş müvafiq nəzarət cihazları ilə qeydə alınıb”.
Rusiya Müdafiə Nazirliyi SU-24 təyyarəsinin yerdən açılmış atəşlə vurula biləcəyini də qeyd edib. Hadisə zamanı iki pilot katapult yolu ilə təyyarədən çıxsa da onlardan birinin cəsədi tapılıb. Digər pilotun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.
Rusiya tərəfi bəyan edib ki, döyüş təyyarəsi yerdən 6 min metr yüksəklikdə olarkən vurulub.