ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə son hava zərbələrini şərh edərkən, İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın hərəkətləri ilə tarixi paralel aparıb.
Qaziler.az bildirir ki, bu barədə Trampın bəyanatına istinadən “The Guardian” nəşri xəbər verir.
Haaqada çıxış edən ABŞ prezidenti qeyd edib ki, onun fikrincə, İrana zərbələr, bir vaxtlar Yaponiyaya nüvə zərbələri müharibəni bitirdiyi kimi, Tehrandan gələn təhlükəni də aradan qaldırıb.
"Onlar bunu etmək üçün trilyonlarla dollar xərclədilər və uğursuzluğa düçar oldular və biz indi onlarla çox yaxşı anlaşırıq. Məgər biz bu zərbə ilə uğur qazana bilmədik? Bu zərbə müharibəyə son qoydu", - Tramp deyib.
O, ABŞ-ın hərəkətlərini İkinci Dünya Müharibəsi zamanı tarixi hadisələrlə müqayisə edib.
"Mən Xirosimadan, Naqasakidən nümunə göstərmək istəmirəm, amma əslində bu, həmin müharibəni bitirən eyni şey idi. O, həmin müharibəni bitirdi. Əgər biz bunu etməsəydik, onlar indi də döyüşəcəkdilər", - ABŞ prezidenti bildirib.
QAZİLER.AZ