İsrailin Baş Qərargah rəisi: İrana qarşı hərbi kampaniya başa çatmayıb

İsrailin Baş Qərargah rəisi: İrana qarşı hərbi kampaniya başa çatmayıb backend

İsrailin İrana qarşı hərbi kampaniyası hələ başa çatmayıb və yaxın günlərdə yeni mərhələyə keçəcək.

Apa xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir əməliyyat müşavirəsinin yekunları ilə bağlı açıqlamasında bildirib.

“Əhəmiyyətli bir mərhələni tamamladıq, lakin İrana qarşı kampaniya başa çatmayıb. Hazırda yeni mərhələyə qədəm qoyuruq və bu mərhələ mövcud nailiyyətlər üzərində qurulacaq,” – deyə Zamir qeyd edib.

O, əlavə edib ki, indiki mərhələdə ordunun diqqəti yenidən Qəzza zolağındakı döyüş əməliyyatlarına yönəldiləcək.

Məlumatı İsrail Ordusunun mətbuat xidməti yayıb.

Diaspora