Qriqori Aleksandrovun rejissoru olduğu "Sirk" sovet filmində qaradərili uşaq rolunu oynayan aktyor Ceyms Patterson 91 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə iyunun 24-də "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, aktyor mayın 22-də Vaşinqtonda qocalar evində dünyasını dəyişib. Qeyd olunur ki, "o, 1936-cı il kult filminin əsas səhnələrindən birində görünərək SSRİ-də irqi birliyin simvoluna çevrilib".
Patterson 17 iyul 1933-cü ildə Moskvada anadan olub. Anası Vera Aralova rəssam və teatr quruluşçu rəssamı, atası Lloyd Patterson isə radio aparıcısı idi. İkinci Dünya Müharibəsindən sonra Ceyms Patterson Dəniz Akademiyasını bitirmiş və sualtı qayıq zabiti kimi xidmət etmişdir.
Ordudan tərxis olunduqdan sonra Ədəbiyyat İnstitutuna daxil olub, şeir və nəsr yazmağa başlayıb və 1994-cü ildə Patterson anası ilə birlikdə ABŞ-a mühacirət edib, Gazeta.Ru əlavə edir.
QAZİLER.AZ