Rutte: Aİ ölkələri Türkiyə kimi NATO müttəfiqləri ilə əməkdaşlıq etməlidir

Rutte: Aİ ölkələri Türkiyə kimi NATO müttəfiqləri ilə əməkdaşlıq etməlidir backend

NATO-nun baş katibi Mark Rutte NATO ölkələrinin müdafiə istehsalında Rusiyadan geri qalmaması lazım olduğunu ifadə edərək, Avropa Birliyi (AB) ölkələrinin Türkiyə kimi NATO müttəfiqləri ilə əməkdaşlığa ehtiyac olduğu mesajını verdi.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Rutte Hollandiyanın Haaqa şəhərində NATO Sammiti çərçivəsində Müdafiə Sənayesi Forumunda Aİ Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə paneldə çıxış edib.

Baş katib deyib: "Bu gün NATO-nun hərbi üstünlüyü Çin texnologiyası ilə dəstəklənən, İran və Şimali Koreya silahları ilə təchiz edilmiş sürətlə silahlanan Rusiya tərəfindən aqressiv şəkildə təhdid edilir".

Forumun məqsədinin birlik ruhu ilə hərəkət etmək olduğuna diqqət çəkən Rutte, "Yüzlərlə yeni istehsal xətti açdıq və mövcud olanları genişləndirdik. İndi onilliklərdə etdiyimizdən daha çox gəmi, təyyarə və sursat istehsal etmək yolundayıq. NATO tələbi və əməkdaşlığı artırmaq və innovasiyanı inkişaf etdirmək üçün özünəməxsus gücündən istifadə edir" dedi.

Rutte, "NATO-nun iqtisadiyyatından 25 dəfə kiçik olan Rusiyanın (müdafiə istehsalında) bizi geridə qoyması ağlasığmazdır. Müharibənin qarşısını almaq üçün daha çox xərcləməliyik. Bu yeni "istehsal" müharibəsini qazanmalıyıq. Bu sammitin məqsədi budur" dedi.

 

Diaspora