İranın atdığı raketlər hədəflərinə dəyməyib - KİV

İranın atdığı raketlər hədəflərinə dəyməyib - KİV backend

İranın atdığı raketlər hədəflərinə dəyməyib.

Qaziler.az-ın məlumatına görə, bu barədə Amerika rəsmisinə istinadən CNN kanalı məlumat yayıb.

"İlkin qiymətləndirmə göstərir ki, iranlılar tərəfindən buraxılan raketlər... nəzərdə tutulan hədəfləri vurmayıb", - telekanal ABŞ hökumət rəsmisindən sitat gətirib.

“Əl-Cəzirə” telekanalının məlumatına görə isə, Qətər Müdafiə Nazirliyi İranın ABŞ bazasına raket hücumu nəticəsində ABŞ hərbçiləri arasında itkinin olmadığını bildirib.

"Bloomberg" agentliyi Qətər rəsmilərinə istinadən xəbər verir ki, İranın Qətər istiqamətində atdığı raketlər məhv edilib.

QAZİLER.AZ

Diaspora