NATO İranla danışıqların tərəfdarıdır - Mark Rutte

NATO İranla danışıqların tərəfdarıdır - Mark Rutte backend

Şimali Atlantika Alyansının bütün ölkələri İranla dialoqun başlanmasının tərəfdarıdır.

Qaziler.az RİA “Novosti”yə istinadla bildirir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

"Əlbəttə, biz hamımız indi danışıqlar istəyirik", - Rutte deyib.

O əlavə edib ki, NATO ölkələrinin mövqeyi Tehranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.

İyunun 23-də İran ordusu “Qələbə xəbərləri” əməliyyatı çərçivəsində Qətərə 6, ABŞ hərbi bazalarının yerləşdiyi İraqa isə bir raket atıb.

QAZİLER.AZ

Diaspora