Üç İran raketi ABŞ-nin Qətərdəki Əl-Udeyd aviabazasını vurub.
Qaziler.az-ın məlumatına görə, bu barədə İranın “Press TV” kanalı məlumat yayıb.
"İndiyədək üç raket Əl-Udeyd bazasına düşüb", - məlumatda deyilir.
“Bloomberg”in Qətər səlahiyyətlilərinə istinadən verdiyi məlumata görə, İranın Qətər istiqamətində atdığı raketlər məhv edilib.
Bundan əvvəl İran ordusunun Qətər istiqamətində 6, ABŞ hərbi bazalarının yerləşdiyi İraqa isə daha bir raket atdığı bildirilirib.
İranın yeni əməliyyatı “Qələbə xəbərləri” adlanır.
İslam İnqilabı Keşikçiləri Korpusu açıqlamasında vurğulayıb ki, İran heç bir şəraitdə öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir hücumu cavabsız qoymayacaq.
QAZİLER.AZ