İran ordusu Qətərdəki ABŞ bazasına hücum edərkən Vaşinqtonun İslam Respublikasındakı nüvə obyektlərini vurmaq üçün istifadə etdiyi bombaların sayı qədər raketlərdən istifadə edib.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Nour News” agentliyi İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatına istinadən məlumat yayıb.
"Bu uğurlu əməliyyatda istifadə edilən raketlərin sayı ABŞ-nin İranın nüvə obyektlərinə hücumunda istifadə etdiyi bombaların sayı ilə eyni idi" – İranın bəyanatda qeyd olunub.
İran Təhlükəsizlik Şurası bəyan edib ki, ABŞ-nin Qətərdəki bazasına endirilən zərbələr əmirlik üçün təhlükə yaratmayıb və Tehran Doha ilə isti və tarixi əlaqələri saxlamaq və davam etdirmək öhdəliyinə sadiq qalıb.
QAZİLER.AZ