"İsrail və ABŞ-nin İrana qarşı hərəkətlərini tənqid etmək üçün heç bir səbəb görmürəm".
Qaziler.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts “X” sosial şəbəkəsində yazıb. O vurğulayıb ki, dövlətlərin hərəkətləri "risksiz deyil", lakin hər şeyi olduğu kimi saxlamaq olmaz.
“Bizim İsrailin bir həftə əvvəl İranda başlatdığı əməliyyatı tənqid etmək üçün heç bir əsasımız yoxdur, həmçinin Amerikanın həftə sonu orada etdiklərini də tənqid etmək üçün heç bir səbəbimiz yoxdur”, - deyə siyasətçi yazıb.
Daha əbbəl Merts bildirmişdi ki, İsrailin İrandakı əməliyyatından sonra hökumət dəyişəcək. Siyasətçinin sözlərinə görə, Tehranı terrorçu rejim idarə edir. Eyni zamanda, kansler İran hökumətinin bir hissəsinin danışıqlarda iştirakına icazə verib. O, həmçinin vurğulayıb ki, hakimiyyət belə bir addıma hazır olmasa, İsrail sona qədər gedəcək.
QAZİLER.AZ