İranın raketlə vurduğu ABŞ hərbi bazasında Britaniya əsgərləri də olub

İranın raketlə vurduğu ABŞ hərbi bazasında  Britaniya əsgərləri də olub backend

İranın Qətərdə raket zərbələri endirdiyi Amerikanın Əl-Udeyd hərbi bazasında ABŞ ilə yanaşı, Britaniya hərbi birləşmələrinin də yerləşdiyi bildirilib. Mümkün dağıntılar və tələfatla bağlı məlumat dəqiqləşdirilir.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Sky News” xəbər verib.

Qeyd olunur ki, Pentaqonun Yaxın Şərqdəki əsas obyekti olan bazada məhdud sayda Britaniya hərbi personalı və texnikası var.

İran bir qədər əvvəl Amerikanın Qətər və İraqdakı həbi bazalarına “Qələbə xəbərləri” adlandırdığı əməliyyata başlayıb. Əməliyyat zamanı İraqdakı hərbi obyektə 1, Qətərdəki bazalara isə 10 raket zərbəsi endirilib.

QAZİLER.AZ

Diaspora