İranın ABŞ hərbi obyektlərinə mümkün hücumu ilə bağlı xəbərlər fonunda Bəhreyn, Küveyt və Qətərdəki ABŞ hərbi bazaları həyəcan vəziyyətinə gətirilib.
Qaziler.az-ın məlumatına görə, bu barədə İranın IRIB teleradio kanalı xəbər verib.
Telekanalın məlumatına görə, ABŞ-nin İraqdakı bazasında da siren səsləri eşidilib.
“ABŞ-nin Qətər, Bəhreyn və Küveytdəki bazalarında sirenlər işə salınıb. Məlumata görə, ABŞ-nin İraqdakı bazalarında da siren səsləri eşidilir”, - məlumatda qeyd olunub.
İran bir qədər əvvəl Amerikanın Qətər və İraqdakı həbi bazalarına “Qələbə xəbərləri” adlandırdığı əməliyyata başlayıb. Əməliyyat zamanı İraqdakı hərbi obyektə 1, Qətərdəki bazalara isə 10 raket zərbəsi endirilib.
QAZİLER.AZ