Zelenski son üç ildə ilk dəfə pencək geyinib

Zelenski son üç ildə ilk dəfə pencək geyinib backend

Ukrayna prezidenti Volodimir Zelenski son üç ildə ilk dəfə Böyük Britaniya kralı III Çarlz ilə rəsmi görüşə işgüzar kostyumda çıxıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə “The Times” yazır.

Bu vaxta qədər isə siyasətçi beynəlxalq səfərlərdə yalnız hərbi və ya gündəlik üsluba sadiq qalıb.

Nəşrin qeyd etdiyinə görə, görüş Vindzor qəsrində baş tutub. Zelenski qalstukdan imtina edərək qara kostyum və ayaqqabı geyinib. Kral III Çarlz öz növbəsində boz kostyum, ağ köynək və açıq qalstuk geyinməyi seçib.

Zelenskinin Böyük Britaniyaya səfəri iyunun 23-də baş tutub. Onun sözlərinə görə, danışıqların əsas mövzusu Ukraynaya müdafiə dəstəyinin gücləndirilməsi, eləcə də Rusiyaya qarşı yeni təzyiq tədbirləri olub.

QAZİLER.AZ

Diaspora