Finlandiya Ukraynaya 29-cu hərbi yardım paketi hazırlayır

Finlandiya Ukraynaya 29-cu hərbi yardım paketi hazırlayır backend

Finlandiyanın Müdafiə Nazirliyi Ukraynaya təxmini dəyəri 143 milyon avro olan növbəti, artıq 29-cu hərbi yardım paketinin hazırlandığını elan edib.

Qaziler.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin bəyanatında deyilir.

Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynaya təxminən 143 milyon avro dəyərində yeni yardım paketi hazırda Finlandiya hökuməti və prezidentinin təsdiqi üçün hazırlanır.

"Bu paket Müdafiə Nazirliyi tərəfindən Ukraynaya dəstək proqramı çərçivəsində sifariş edilmiş milli sənayenin ilk təchizatını ehtiva edir", - Finlandiyanın müdafiə naziri Antti Hakkianen vurğuladı.

Söhbət 2025-ci ilin yazında başlanmış dəstək proqramından gedir, onun çərçivəsində Ukrayna üçün sifarişlər yerli müdafiə sənayesi müəssisələri arasında bölüşdürülür.

QAZİLER.AZ

Diaspora