İrandakı vəziyyətlə bağlı məsələ NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitində qaldırıla bilər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə hərbi blokun baş katibi Mark Rutte bildirib. Onun sözlərinə görə, bu mövzu rəsmi gündəliyə daxil edilməyib.
“NATO ölkələrinin bunu müzakirə etməyi planlaşdırmaması o demək deyil ki, alyansın ayrı-ayrı üzvləri çərşənbə günü bu məsələni qaldırmayacaqlar”, - Alyansın baş katibi vurğulayıb.
Sammitdən əvvəl keçirilən mətbuat konfransında Rutte İranda rejim dəyişikliyinin məqsədəuyğunluğu ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb və şərhlərində özünü saxlamalı olduğunu qeyd edib. Eyni zamanda, hərbi blokun baş katibi əlavə edib ki, o, bu mövzuda danışmaqdan məmnun olacaq.
QAZİLER.AZ