İran ABŞ-ni HƏDƏLƏDİ: "Peşman olacaqsınız”

İran ABŞ-ni HƏDƏLƏDİ:  "Peşman olacaqsınız” backend

ABŞ İranın nüvə obyektlərinə zərbələrin ağır nəticələri ilə üzləşəcək.

Qaziler.az-ın məlumatına görə, bu barədə respublikanın silahlı qüvvələrini koordinasiya edən “Hatəm əl-Ənbiya” qərargahının nümayəndələri bildiriblər.

İRNA agentliyinin hərbçilərə istinadən verdiyi məlumata görə, Amerika hakimiyyəti bu qərarından peşman olacaq. İran ABŞ-nin rəsmən müharibəyə girdiyini bəyan edib.

Nəşr yazır ki, bu cinayətə cavab olaraq, güclü və məqsədyönlü əməliyyatlar zamanı sizin anlayışınızdan kənara çıxan və sizi peşman edəcək ağır nəticələrlə üzləşəcəksiniz.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları iyunun 22-də İranın Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. O gündən ABŞ İranın cavab zərbələrinə hazırlaşır.

QAZİLER.AZ

Diaspora