Xamneyi-Putin görüşü: “ABŞ bizim üçün təhlükədir“

Xamneyi-Putin görüşü: “ABŞ bizim üçün təhlükədir“ backend

İranın ali dini rəhbəri Əli Xamneyi ABŞ-ın Yaxın Şərq siyasətini ölkəsi və Rusiya üçün ciddi təhlükə adlandırıb. APA TV-nin rus mətbuatına istinadən məlumatına görə, o, bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə Tehranda keçirdiyi görüşdə səsləndirib.


"Amerikalıların uzunmüddətli planları var. Onlar əvvəlcə Suriyada sonra isə bütün regionda dominantlığı ələ almaq istəyirlər. Bu hamı üçün təhlükə deməkdir, əsas da Rusiya və İran üçün" - deyə o bildirib.

Xamneyi əlavə edib ki, Vaşinqton Suriyada uğursuz hərbi əməliyyatlarından sonra məqsədinə çatmaq üçün məsələni siyasi yolla çatmaq istəyir. Xamneyi Rusiya ilə bütün sahələrdə əməkdaşlığın genişlənməsini özləri üçün prioritet hesab etdiyini vurğulayıb.

Xatırladaq ki, Vladimir Putin İrana qaz ixrac edən ölkələrin növbəti forumunda iştirak etmək üçün gedib.

Diaspora