İran parlamenti ABŞ-ın respublika ərazisinə zərbəsini Trampın strateji səhvi adlandırıb

İran parlamenti ABŞ-ın respublika ərazisinə zərbəsini Trampın strateji səhvi adlandırıb backend

ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbə endirmək qərarı ilə strateji səhvə yol verdi.

Qaziler.az bildirir ki, bunu iyunun 23-də İslam Respublikası parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Amerika prezidenti sionist rejimin cinayətkar əməllərini dəstəkləməklə və bilavasitə İrana qarşı müharibəyə girməklə öz strateji səhvinə yol verdi”, - deyə "Tasnim" xəbər agentliyi onun sözlərini sitat gətirib.

O, ABŞ-ın münaqişənin əvvəlindən İsraili dəstəklədiyini və Təl-Əvivin İranın nüvə proqramını təkbaşına məhv edə bilməməsindən sonra müdaxilə etmək məcburiyyətində qaldığını vurğulayıb.

“Biz buna dözməyəcəyik və Trampı ölkəmizə qarşı təcavüzündən peşman edəcək şəkildə mütləq cavab verəcəyik”, - Qalibaf əlavə edib.

QAZİLER.AZ

Diaspora