Böyük Britaniya ABŞ-nin İrana hücumunda iştirak etməyib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın biznes və ticarət üzrə dövlət naziri Conatan Reynolds “Sky News“a bildirib.
Conatan Reynolds Britaniya hökumətinin ABŞ-nin İrana hava zərbələri endirmək planlarından xəbərdar olduğunu, lakin hərbi əməliyyatda iştirak etmədiyini deyib.
“Mən sizə dəqiq nə vaxt bildiyimizi deyə bilmərəm, amma gözlədiyiniz kimi bu addım haqqında əsas müttəfiqimiz tərəfindən məlumatlandırıldıq”, – Reynolds qeyd edib.