Tramp: İranın uran zənginləşdirmə obyektləri tam məhv edilib

Tramp: İranın uran zənginləşdirmə obyektləri  tam məhv edilib backend

ABŞ Silahlı Qüvvələri İranın uran zənginləşdirmə obyektlərini tamamilə yox edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirilməsi ilə əlaqədar Ağ evdə həmvətənlərinə televiziya müraciəti zamanı bildirib.

“Bu axşam bütün dünyaya bildirirəm ki, bu zərbələr heyranedici hərbi uğurla nəticələnib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə və bütünlüklə məhv edilib”, – Amerika lideri söyləyib.

O vurğulayıb ki, İran sülhə getməlidir, əks halda Tehranı “son səkkiz gündə müşahidə etdiyimizdən daha böyük miqyaslı faciə gözləyir”.

Diaspora