İran üçün Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücum etmək İsrail ərazisindəki obyektlərə hücum etməkdən daha asan olar.
Qaziler.az-ın məlumatına görə, bunu Qətərin “Əl-Cəzirə” telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən xəbər verib.
ABŞ-nin münaqişəyə potensial müdaxiləsini şərh edən anonim mənbə "Regiondakı Amerika bazalarını vurmaq İsraili hədəf almaqdan daha asandır" - deyib.
Bu gün Pentaqonun keçmiş rəhbəri və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Leon Panetta ABŞ-nin İrana mümkün zərbəsinin ölkənin regional münaqişəyə qarışmasına səbəb olacağı fikrini bildirib. O, həmçinin əlavə edib ki, ABŞ artıq 2003-cü ildə İraqı işğal edərkən oxşar səhvlə üzləşib.
QAZİLER.AZ