Rusiyada Federal Antiinhisar Xidmətinin rəhbəri Maksim Şaskolski bildirib ki, hava limanları sərnişinləri pulsuz içməli su ilə təmin etməyə borcludur.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə idarə rəisi jurnalistlərə Sank-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Hava limanlarının işi ilə məşğul oluruq, biz qiymətlərlə, o cümlədən içməli suyun qiyməti ilə bağlı şikayətlər alırıq. Təkcə Moskvada deyil, müxtəlif hava limanlarında insanlar qiymətlərin baha olmasından şikayətlənirlər", - Şaskolski qeyd edib.
Xidmətin rəhbəri əlavə edib ki, idarə tərəfindən iri hava limanlarının yerləşdiyi 28 rayon üzrə ərazi qurumlarına müvafiq göstərişlər göndərilib.
"Bu problemi sistemli şəkildə həll etmək üçün hava limanları nəqliyyat sektorlarının ərazisində pulsuz içməli su mənbələri quraşdırmalıdırlar", - Şaskolski təklif edib.
QAZİLER.AZ