Zelenski NATO-nun Haaqa sammitində iştirak edə bilər

Zelenski NATO-nun Haaqa sammitində iştirak edə bilər backend

Ukrayna prezidenti Volodimir Zelenski 24 və 25 iyunda keçiriləcək NATO sammiti üçün Haaqaya getmək barədə hələ qərar vermədiyini bildirib.

Qaziler.az-ın məlumatına görə, onun sözlərini TSN sitat gətirib.

Ukrayna lideri qeyd edib ki, bu səfərin ehtimalı yüksəkdir, lakin sammit ərəfəsində qərar verəcək.

"Mən əlbəttə ki, bir neçə görüş keçirmək istəyirəm. Kral və baş nazirdən də müvafiq dəvətlər var", - Ukrayna lideri bildirib.

Bundan əvvəl o, amerikalı həmkarı Donald Trampla orada görüşəcəyini deyib. Zelenskinin sözlərinə görə, Trampla görüş çox vacibdir, lakin onun Haaqaya səfəri ABŞ prezidenti ilə təmaslardan asılı deyil. Lakin baş tutsa, liderlər Rusiyaya qarşı sanksiyalar və təzyiqləri müzakirə edəcəklər.

QAZİLER.AZ

Diaspora