Medvedev İsraili İranla birlikdə nüvə proqramlarından əl çəkməyə çağırıb

Medvedev İsraili İranla birlikdə nüvə proqramlarından əl çəkməyə  çağırıb backend

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, İsrail İranla birlikdə nüvə proqramlarından əl çəkməlidir.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.

Siyasətçi qeyd edib ki, İranın nüvə silahına malik olması barədə dəqiq məlumat yoxdur, lakin İsrailin gizli nüvə proqramı var.

"Yaxşı, qoy onlar (İran və İsrail) BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında bu cür proqramlardan birlikdə imtina etsinlər. Nə üçün Təl-Əvivə icazə verilir, amma Tehrana icazə verilmir?", - Medvedev yazıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini xatırladıb ki, əvvəllər belə imtina “sıfır variant” adlanırdı. Siyasətçi həmçinin qeyd edib ki, Tehran nüvə proqramı sayəsində sağ qaldığını görür və onu həyata keçirməyə davam edəcək. Əgər İsrail ABŞ-nin köməyi ilə bütün proqramı məhv etməyə cəhd etməkdə davam edərsə, o zaman İranın nüvə silahı varsa, ondan istifadə etməyə məcbur olacağı şübhəsizdir, Medvedev qeyd edib.

QAZİLER.AZ

Diaspora