ABŞ Belarusda siyasi məhbusların azad edilməsinə münasibət bildirib

ABŞ Belarusda siyasi məhbusların azad edilməsinə münasibət bildirib backend

Prezident Donald Trampın liderliyi Belarusda 14 siyasi məhbusun azad edilməsinə səbəb olub.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bunu Trampın xüsusi nümayəndəsi Kit Kelloqun müavini Con Koul  X sosial şəbəkəsində bildirib.

O, göstərdiyi köməyə və əməkdaşlığa görə Litva hökumətinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, 14 nəfərin “başı aşağı” əyləşdiyi maşının qapısının açıldığı və onlara: “Sən azadsan” deyildiyi an onu xüsusilə təsirləndirib.

Koul onların bəzilərinin ingiliscə danışmadığını, lakin onun başa düşüldüyünü söylədi. Keçmiş məhbuslar son ana qədər hara aparıldıqlarından xəbərsiz olduqlarını bildiriblər. Onun sözlərinə görə, onlar hansısa dəhşətli yerə getdiklərini zənn ediblər.

Diaspora