Putinin Suminin ələ keçirilməsi ilə bağlı sözlərinə Zelenskinin reaksiyası

Putinin Suminin ələ keçirilməsi ilə bağlı sözlərinə  Zelenskinin reaksiyası backend

Ali Baş Komandan Qərargahının iyunun 20-də keçirilən iclasının əsas mövzusu Sumı rayonundakı vəziyyət olub.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında məlumat verib.

"Qərargahda cəbhədəki vəziyyətlə bağlı müfəssəl məruzə təqdim edilib. Xüsusi diqqət Sumı vilayətinə və sərhədyanı ərazilərdəki aksiyalara verilib", - Zelenski şərh edib.

Prezident Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə göstərdikləri mətanətə görə minnətdarlığını bildirib. İclasda silah təchizatı ilə bağlı məsələlər də müzakirə olunub. Zelenski investisiyaların həcmini artırmaq üçün tərəfdaşlarla işi intensivləşdirməyi tapşırıb.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxış edərək, Suminin ələ keçirilməsinin mümkünlüyünü istisna etməyib.

QAZİLER.AZ

Diaspora