Ukraynada münaqişənin dondurulması təklif edilib

Ukraynada münaqişənin dondurulması təklif edilib backend

"Ukraynada münaqişə dondurula bilər".

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu İndoneziya prezidenti Pravo Subianto Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SBİF) plenar iclasında deyib.

İndoneziya lideri Şimali və Cənubi Koreya arasındakı münaqişəyə də diqqət çəkib. Subianto qeyd edib ki, hazırda ölkələr arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində olan demilitarizasiya zonası mövcuddur.

“Müharibə hələ rəsmən başa çatmayıb, lakin buna baxmayaraq, müəyyən sülh şəraiti yaradılıb, ona görə də biz aşağıdakıları təklif etdik..., niyə münaqişəni dondurmayaq?”, - Subianto bildirib.

QAZİLER.AZ

Diaspora