Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SBİF) plenar iclasında çıxışı zamanı İsraili “demək olar ki, rusdilli ölkə” adlandırıb.
Qaziler.az-ın məlumatına görə, o qeyd edib ki, İsraildə keçmiş SSRİ və Rusiya Federasiyasından 2 milyona yaxın insan yaşayır.
"Bu, demək olar ki, rusdilli ölkədir. Və biz, əlbəttə ki, müasir Rusiyanın tarixində həmişə bu amili nəzərə alırıq", - dövlət başçısı bildirib.
Qeyd edək ki, Putin iyunun 20-də SBİF-in plenar iclasında çıxış edib. Çıxış 55 dəqiqə davam edib. Daha sonra prezident sualları cavablandırıb.
QAZİLER.AZ