Ötən gün Qəzza zolağına humanitar yardım daşıyan 95 yük maşını buraxılıb.
Trend xəbər verir ki, bu barədə İsrailin Ərazilərdə Hökumət Fəaliyyətinin Əlaqələndirici Qurumu (COGAT) məlumat yayıb.
Məlumata görə, mayın 19-dan etibarən İsrail Qəzza bölgəsinə humanitar yardım tədarükünü bərpa edib. Yardımın çatdırılması Qəzzanın Kerem Şalom və Zixim nəzarət buraxılış məntəqələri vasitəsilə İsrailin aidiyyəti qurumlarının nəzarəti altında həyata keçirilib.