Latviya Seymi Ukraynanın NATO-ya təcili dəvət edilməsi ilə bağlı bəyanatı təsdiqləyib

Latviya Seymi Ukraynanın NATO-ya təcili dəvət edilməsi ilə bağlı bəyanatı təsdiqləyib backend

İyunun 24-25-də Haaqada keçiriləcək Şimali Atlantika Alyansının sammiti ərəfəsində Latviya Seymi Ukraynanın mümkün qədər tez NATO-ya dəvət olunmasını dəstəkləyən bəyanatı təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.

Sənəddə bildirilir ki, Ukraynanın dəvət edilməsi dərhal üzv olmaq demək deyil, Alyansa gedən aydın yol haqqında siyasi və mənəvi əhəmiyyətli siqnal verəcək.

Latviya müttəfiqlərini bu prosesi irəli aparmağa və Haaqa sammitində bunu vurğulamağa çağırır.

Seym öz bəyanatında Latviya və Ukrayna arasında 2024-cü ilin aprelində imzalanmış uzunmüddətli dəstək və təhlükəsizlik zəmanətləri haqqında sazişi xatırladıb.

QAZİLER.AZ

Diaspora