Suriya ordusu Mehin və Xoms əyalətindəki Həvarin şəhərləri üzərində nəzarəti bərpa edib. APA TV-nin Vesti.ru-ya istinadən məlumatına görə, yaşayış məntəqələri uğrunda gedən döyüşlər nəticəsində terrorçular çoxsaylı itkilər verib.
Ordunun hücumundan əvvəl Hərbi Hava Qüvvələri İŞİD hədəflərini bombalayaraq, müdafiə məqsədli tikililərini darmadağın edib. Eyni zamanda ordu hissələrinin Latakiyanın Kabbana kəndi yaxınlığındakı strateji yüksəkliyi ələ keçirdiyi bildirilir. Döyüşlər nəticəsində İŞİD tərkibindəki əfqan döyüşçülər zərərsizləşdirilib.Bununla yanaşı, Deyr əz-Zor, Həma, İdlib və Hələb əyalətlərindəki terrorçuların məhv edilməsi istiqamətində əməliyyatlar davam etdirilir. Adı çəkilən ərazilərdə 100-dən çox İŞİD döyüşçüsü öldürülüb. Son iki sutka ərzində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD-ə məxsus 500-dən çox obyekti məhv edib.