SAXAL hücuma məruz qalan hədəflər arasında Buşehrin adını çəkib

SAXAL hücuma məruz qalan hədəflər arasında Buşehrin adını çəkib backend

İsrail Silahlı Qüvvələrinin sözçüsü İsrailin hücum etdiyi hədəflər arasında təsadüfən Buşehrin adını çəkib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS-a ordudakı mənbə bildirib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Buşehr Atom Elektrik Stansiyasına (AES) İsrail və İranın endirdiyi zərbələr nəticəsində yarana biləcək potensial risklərdən narahatlığını bildirib.

Buşehr Atom Elektrik Stansiyası (AES) İranda və bütün Yaxın Şərqdə ilk belə obyektdir. Buşehr şəhəri yaxınlığında yerləşir. AES-in tikintisinə 1975-ci ildə başlansa da, o, yalnız 2013-cü ildə kommersiya istismarına verilib.

QAZİLER.AZ

Diaspora