Rusiya Müdafiə Nazirliyi Kiyevin nəzarətində olan ərazilərdən geri qaytarılan Rusiya Silahlı Qüvvələrinin bir qrup hərbçisinin videosunu yayıb.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
Mübadilə iyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq iyunun 19-da baş tutub. Bildirilir ki, bunun müqabilində Rusiya Federasiyası Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsirini təhvil verib.
"Hazırda Rusiya hərbçiləri Belarus Respublikası ərazisindədirlər və onlara lazımi psixoloji və tibbi yardım göstərilir", - nazirliyin bəyanatında deyilir.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən brifinq zamanı bildirib ki, Rusiya nümayəndə heyəti iyunun 22-dən sonra Ukrayna ilə danışıqların üçüncü raundu üçün İstanbula gəlməyə hazırdır.
QAZİLER.AZ