ABŞ senatoru Zelenskini “təkəbbürlü eşşək” adlandırıb

ABŞ senatoru Zelenskini “təkəbbürlü eşşək” adlandırıb backend

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp və vitse-prezident Di Cey Venson ilə görüşündə özünü “təkəbbürlü eşşək” kimi aparıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu fikri Respublikaçılar Partiyasından olan ABŞ senatoru Ted Kruz jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Kruzun sözlərinə görə, Zelenski o zaman özünü bərbad aparıb. Senator Ağ Evin Oval kabinetində keçirilən həmin görüşün “istənilən liderin ən uğursuz görüşü” kimi tarixə düşəcəyi qənaətində olduğunu bildirib.

Siyasətçi əlavə edib ki, Zelenski bu cür davranışı ilə Ukraynaya ciddi ziyan vurur.

QAZİLER.AZ

Diaspora