Lavrov Türkmənistan prezidenti ilə görüşəcək

Lavrov Türkmənistan prezidenti ilə görüşəcək backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-25-də Türkmənistana səfər edəcək və bu ölkənin prezidenti Serdar Berdiməhəmmədovla görüşəcək.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"24-25 iyun <...> Lavrov Türkmənistana rəsmi səfər edəcək, bu ölkənin prezidenti, Nazirlər Kabinetinin sədr müavini və Türkmənistanın Xarici İşlər Naziri ilə danışıqlar aparacaq", - Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda keçirilən brifinqdə bildirib.

Bundan əvvəl Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin iyunun sonunda Aşqabada rəsmi səfər edəcəyini bildirsə də, dəqiq tarix açıqlanmamışdı.

QAZİLER.AZ

Diaspora