Nüvə sazişi üzrə danışıqların ortasında İsrailin İrana qarşı hərbi əməliyyata başlaması Fars körfəzinin ərəb ölkələri üçün sürpriz olub.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ərəb ölkələri İsrailin niyyətindən xəbərdar olsalar da, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-la nüvə sazişi üzrə danışıqlar apararkən İrana zərbə endirməsindən şoka düşüblər. Mənbələrin bildirdiyinə görə, Körfəz ölkələri ABŞ prezidenti Donald Trampın Netanyahunu cilovlamaq qabiliyyətini həddən artıq qiymətləndirdiklərini düşünüblər.
“Bloomberg” mənbələri ərəb ölkələrinin İranla gərginliyi azaltmaq üçün illərdir çalışdığını qeyd edib. Xüsusilə, İslam Respublikası istənilən formada nüvə sazişi bağlamağa inandırmaq üçün milyardlarla dollar sərmayə qoyublar.
Ərəb ölkələri Tehranın onların neft infrastrukturuna zərbə vura və regionda iqtisadi inkişaf planlarını poza biləcəyindən ehtiyatlanır. Bundan əlavə, Körfəz ölkələri ABŞ bu ölkəyə zərbə endirmək qərarına gəlsə, İranda hakimiyyət dəyişikliyi və xaosun yaranma ehtimalını “ciddi şəkildə nəzərdən keçirir”.
QAZİLER.AZ