İranın “Nour New” agentliyi İsrailin vurulan F-35 pilotu ilə bağlı xəbərdə rusiyalı musiqiçi Andrey Makareviçin (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına salınıb) fotosunu nümayiş etdirib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
Jurnalistlərin sözlərinə görə, fotoda əsir düşmüş pilot kimi təqdim edilən şəxs tez bir zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən “Zaman maşını” qrupunun rəhbəri olduğunu tanıyıblar.
Məlumatın səhv olmasından xəbər tutan jurnalistlər tez videonu siliblər. Sənətçi isə İran mediasına pulsuz reklama görə təşəkkür edib. İfaçı onu da əlavə edib ki, son günlər guya o, İsraildən qaçaraq Avropaya qastrol səfərinə getdiyini mətbuatdan oxuyub. Makareviçin sözlərinə görə, o, hələ də ailəsi ilə birlikdə İsraildə qalır və SAXAL-a dəstəyini ifadə edir.
QAZİLER.AZ