İran Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində İsrailin Beer-Şeva şəhərində yerləşən "Soroka" tibb mərkəzində yaralılar var, xəstəxana binasının müxtəlif hissələri zədələnib.
“Report” “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə xəstəxananın nümayəndəsi bildirib. O, yaralıların sayını dəqiqləşdirməyib.
Nümayəndənin sözlərinə görə, tibb müəssisəsi insanlardan müalicəyə gəlməmələrini xahiş edir.