5 gündə İrandan atılan raket və PUA-ların sayı…

5 gündə İrandan atılan raket və PUA-ların sayı… backend

İran münaqişə başlayandan (13 iyundan) bəri İsrailə 400-dən çox ballistik raket və 1000-ə yaxın pilotsuz təyyarə atıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“Ballistik raketlərdən 20-dən çoxu İsrailin şəhər ərazilərini vurub, itkilərə və geniş dağıntılara səbəb olub. İsraildə ümumilikdə bu zərbələr nəticəsində 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb”, - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, 1000-ə yaxın PUA-dan yalnız 200-ü İsrailə çata bilib və hava məkanına daxil olub, lakin onların hamısı ələ keçirilib.

Diaspora