İran sakinləri İran ordusunun İsrailə atdığı qeyri-adi uçuş trayektoriyasına malik raketi videoya çəkiblər.
Qaziler.az “RT Telegram” kanalına istinadla xəbər verir ki, görüntüləri İran İslam Respublikasına məxsus media dərc edib.
Fars xəbər agentliyinin məlumatına görə, bu, yeni nəsil raketin buraxılışı olub.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İran iyunun 18-də axşam saatlarında İsrailə hücum zamanı iki pilləli super ağır ballistik "Sacil" raketindən istifadə edib. İran İnqilabı Keşikçiləri Korpusu qeyd edib ki, İran ümumilikdə İsrail ərazisinə üç belə raket atıb.
SEPAH həmçinin bəyan edib ki, İranın hücumları İsrailin hava hücumundan müdafiə sistemini məhv edib və indi yəhudi dövlətinin üzərindəki səma İran raketləri və dronlarından qorunmur. Hərbçilər raket zərbələrinin "məqsədli və davamlı" olacağını vəd edib.
QAZİLER.AZ