İran XİN nümayəndələrinin ABŞ-la danışıqlar üçün Omana səfər xəbərini təkzib etdi

İran XİN nümayəndələrinin ABŞ-la danışıqlar üçün Omana səfər xəbərini təkzib etdi backend

İran Xarici İşlər Nazirliyi Tehran və Vaşinqton arasında nüvə məsələsi ilə bağlı dialoqda vasitəçi kimi çıxış edən İslam Respublikasının nümayəndə heyətinin Omana səfəri ilə bağlı məlumatı təkzib edib.

Qaziler.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi qeyd edib ki, bu xəbər həqiqətə uyğun deyil", - nəşr yazır.

İranın xarici işlər naziri Abbas Əraqçi də “Fars” agentliyinə verdiyi açıqlamada İran nümayəndə heyətinin Maskata gəlməsi ilə bağlı məlumatı təkzib edib.

Qeyd edək ki, ötən gün“Reuters” agentliyi İran nümayəndə heyətinin Omana getdiyini xəbər vermişdi. Bildirək ki, İran və ABŞ Omanın vasitəçiliyi ilə 5 raund danışıqlar aparıb.

QAZİLER.AZ

Diaspora