İsrailin müdafiə şirkəti “Rafael” Fransa hökumətini məhkəməyə vermək niyyətindədir.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Euronews” xəbər verir.
Qərar İsrail korporasiyalarının (İsrael Aerospace Industries (IAI), Rafael, UVision, Elbit və Aeronautics) beş pavilyonuna giriş “Le Bourget”dəki beynəlxalq hava sərgisində bağlandıqdan sonra verilib.
Müvafiq qərarı Fransa hakimiyyəti nümayiş etdirilən hücum silahlarının Qəzza zolağında istifadə oluna biləcəyini əsas gətirərək qəbul edib. İsrail şirkətlərinin nümayəndələri ev sahibi olan ölkənin hərəkətlərindən son dərəcə hiddətləniblər.
Bu, İsrail silah istehsalçılarının Fransada etirazla qarşılaşdıqları ilk hadisə deyil. Keçən ilin iyun ayında İsrailin “Eurosatory” quru silahları sərgisində iştirakına icazə verilməyib. Və həmin ilin noyabrında onlara “Euronaval” hərbi-dəniz təlimlərində iştirak etməyə də icazə verilməyib. L
QAZİLER.AZ